XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 19:39

Bakıda və Abşeronda torpağın qiyməti (CƏDVƏL)

Bakıda və Abşeronda torpağın qiyməti (CƏDVƏL)

Mövsümi ayların başlaması ilə əlaqədar bu ilin mart ayında torpaq bazarında təklif portfeli artaraq 437 ədəd təşkil edib ki, bu da əvvəlki aylarla müqayisədə 19,4 faiz çox, ötən ilin analoji dövrünün göstəricisinə nisbətən isə təqribən 2 dəfə azdır.

Müqayisə üçün: 2015-ci ilin fevralında torpaq bazarında təkliflərin sayı 366, 2014-cü ilin martında isə 815 ədəd olub. Bu barədə Trend “MBA Consulting Group” şirkətinə istinadən məlumat verir.
Məlumata görə, buna səbəb torpaq bazarında aktivliyin artması olub, bu da öz növbəsində, qiymətin manatla ifadədə nisbətən artmasına gətirib çıxarıb.
“MBA Consulting Group” şirkətinin mütəxəssisləri tərəfindən torpaq bazarında aparılan müşahidələrin nəticəsinə görə, torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən 13% azalıb.
ötən ay bazara çıxarılan 1 sot torpağın orta qiyməti manatla ifadədə 5,91% artaraq 15.708 AZN/sot səviyyəsindən 16.636 AZN/sot səviyyəsində qərarlaşıb. Baş verən devalvasiya nəticəsində dollarla ifadədə isə orta qiymət 1 sota görə 20,88% azalaraq 15.844 $/sot təşkil edib.
Bakı şəhərinin rayonları üzrə qiymət artması ən çox Sabunçu, Suraxanı və Xətai rayonlarında qeydə alınıb – müvafiq olaraq 18, 12 və 16%. Qiymət artımının son ayda şəhərin bütün rayonlarında hiss edilməsini bu seqment üzrə olan tələbatın artması ilə əlaqələndirmək olar. Qiymətlərin və torpağa olan tələbatın artmasına uyğun olaraq, təklif portfelinin həcmində son ayda artım müşahidə olunub.
Ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Nərimanov rayonu, Montin qəsəbəsində (106 000 $/sot), ən ucuz torpaq sahəsi isə Suraxanı rayonu, Hövsan qəsəbəsində (700 $/sot) qеydə alınıb.
Bakının rayonlarında və Abşeronda 1 sot torpağın qiyməti:

Rayonlar

AZN/SOT

Aylıq dəyişmə (%)

İllik dəyişmə (%)

Abşeron

5661

10

5

Binəqədi

18 926

7

5

Nərimanov

152 101

6

40

Nəsimi

126 335

8

15

Nizami

33 499

11

9

Qaradağ

4 453

5

25

Sabunçu

7 514

18

48

Səbail

51 064

6

-29

Suraxanı

8 060

0,2

Xətai

35 559

-7,3

Xəzər

7 297

-4,8

Yasamal

212 301

-4,9