XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

25 Fevral 2019 - 20:12

Özbəkistanda dövriyyəyə 100 min sum dəyərində əsginas buraxılıb –FOTO

Fevralın 25-dən Özbəkistanda dövriyyəyə 100 min sum dəyərində əsginas buraxılıb.

AZƏRTAC xəbər verir ki, əsginasın üz tərəfində dövlət xadimi, böyük sərkərdə və strateq Əmir Teymurun nəvəsi Mirzə Uluğbəyin portreti, arxa tərəfdə mərkəzdə M.Uluğbəyin rəsədxanası, sağda isə astronomik alət əks edilib.

100 min sum təxminən 12 dollar dəyərindədir. Hazırda ölkədə 500, 1000, 5000, 10000 dəyərində əsginaslar, həmçinin 50, 100 və 200 dəyərində sikkələr dövriyyədədir.