XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 20:55

Komitədən sərəncama şərh:"500 minə yaxın məcburi köçkünün müavinəti artacaq"

Azərbaycanda vahid aylıq müavinətin artımı 496 557 nəfər məcburi köçkünə şamil olunacaq. 

Bu barədə  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Strateq.az-a verilən məlumata görə, Prezident İlham Əliyev fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncamına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb: “Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya əsasən, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin problemləri davamlı şəkildə həll edilir, onların sosial müdafiəsi gücləndirilir.

Xatırladaq ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanılıb. 2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 22 və 40 manat məbləğində müəyyən olunub. Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil edəcək.

Hazırda məcburi köçkünlərdən 81 476 nəfəri 22 manat, 415 081 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət alır”.