XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 12:17

Natiq Cəfərli:''Elman Rüstəmovun dedikləri həmişə tərsinə olur''

natiq ceferli

 

Natiq Cəfərli: ''Dövlət məmuru anlamlıdır ki, açıqlama verərkən bütün məsələlərdə vətəndaşlara aydınlıq gətirməlidir''

 

İqtisadçı Natiq Cəfərli Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun hər dəfə "devalvasiya olmayacaq" tipli bəyanatlarının insanlarda əndişə yaratdığını düşünür.

 

Bu barədə meydan.tv-yə danışan iqtisadçı hesab edir ki, bu cür bəyanatlardan sonra Azərbaycanda hər hansı proseslər baş verib.

 

ReAL İdarə Heyətinin üzvü xatırladır ki, baş bankir fevralın 18-də oxşar bəyanat verdi, fevralın 21-də devalvasiya elan edildi:

 

“Dekabrın ortalarında yenə heç bir devalvasiya olmayacağını söyləsə də, dekabrın 21-də növbəti devalvasiya oldu. Ona görə baş bankirin çıxışından sonra hansı proseslərin gedəcəyi barədə danışmaq bir az çətindir. Səbəb də odur ki, Elman Rüstəmovun dedikləri həmişə tərsinə olur”.

 

Natiq Cəfərli Elman Rüstəmovun bankların konsolidasiya barədə dediklərini belə şərh edib:

 

“Baş bankir bir müddət əvvəl 15-20 bankın qalmasının iqtisadiyyat üçün güclü bank sektoru demək olduğunu söyləmişdi. İndi məlum olur ki, cəmi 6-7 bank bağlandı və bundan sonra konsolidasiya prosesləri dayandırıldı. Səbəb də banklarının lisensiyasının geri çəkilməsi ilə bu sektorda güclü panikanın yaşanmasıydı, elə həmin panikanın nəticəsində insanlar depozitlərini geri götürürdülər. Sonuncu amil Mərkəzi Bankı və bankları qorxutduğundan prosesi saxladılar, amma hələ də problemli banklar qalır. Rüstəmovun açıqlaması da buna dəlalət edir”.

 

İqtisadçı hesab edir ki, Mərkəzi Bank bu prosesə müdaxilə etməməlidir:

 

“Çünki konsolidasiya bankların öz işidir və proses bitəndən sonra Mərkəzi Bank onların qeydiyyat məsələsini həll edə bilər”.

 

Natiq Cəfərli dedi ki, Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna kredit verə bilər. Amma problem ondadır ki, fondun qazancı olmadığından “kreditləri nəyin hesabına qaytaracaq” sualı meydana gəlir.

 

“Bank sektorunda çox qəribə situasiya yaranıb. Sanki Elman Rüstəmov bu sahəni yalnız təkcə özü bilir və özü də açıqlamalar verir. Onu da düşünür ki, açıqlamaları hamı tərəfindən alqışlarla qarşılanacaq. Baş bankirin hər açıqlaması suallara cavab vermək əvəzinə yeni suallar doğurur. Dövlət məmuru anlamlıdır ki, açıqlama verərkən bütün məsələlərdə vətəndaşlara aydınlıq gətirməlidir. Elman Rüstəmovun açıqlamaları isə aydınlıq gətirməkdənsə, ciddi suallar doğurur”,-deyə Cəfərli fikrini yekunlaşdırıb.