XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2019 - 22:00

Banklar prezidentə müraciət etdi:“Fərmanı layiqincə yerinə yetirməyə hazırıq”

Azərbaycan Bank sektoru problemli kreditlərlə bağlı imzalanmış son fərmanla bağlı prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir ki, ölkədə aparılan siyasət əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının əsas prioritetlərindən biridir.
Sənəddə qeyd olunur ki, reallaşdırılan genişmiqyaslı və fundamental tədbirlərin nəticəsidir ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuş və 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla, dünyanın bir çox ölkələrini geridə qoymuş, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir: “Ölkə vətəndaşlarının mənafeyi əsas tutularaq Sizin tərəfinizdən imzalanmış, əhalinin ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə dövlət dəstəyini ehtiva edən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərman, devalvasiya nəticəsində borc yükü artmış şəxslərin rifah halının yaxşılaşdırılmasına, onların banklar qarşısında öhdəliklərinin icrasına dəstək olmaqla yanaşı, maliyyə-bank sisteminin dayanıqlı inkişafının təmin edilməsinə xidmət edəcək mötəbər bir sənəddir. Öz növbəmizdə, Fərmandan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsinə hazır olduğumuzu bildirməklə, göstərdiyiniz dəstəyə görə bütün bank ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü bildiririk”.