XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 23:57

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 28-də 67,62 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,35 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 66,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 63,52 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,42 dollar/barel azdır. Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 65,07 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,31 dollar/barel azdır.