XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

05 Mart 2019 - 12:38

Azərbaycanda yoxsulluğun səviyyəsi açıqlandı –Hökumətin hesabatı

2018-ci ilin yekununda Azərbaycanda yoxsulluğun səviyyəsi 5,1% təşkil edib.

“Report” bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2017-ci illə müqayisədə 0,3 faiz bəndi azdır.

Xatırladaq ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7%, 2004-cü ildə 40,2%, 2005-ci ildə 29,3%, 2006-cı ildə 20,8%, 2007-ci ildə 15,8%, 2008-ci ildə 13,2%, 2009-cu ildə 10,9%, 2010-cu ildə 9,1%, 2011-ci ildə 7,6%, 2012-ci ildə 6%, 2013-cü ildə 5,3%, 2014 və 2015-ci illərdə 5%, 2016-cı ildə isə 5,9% təşkil edib.