XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

05 Mart 2019 - 19:10

Şahin Mustafayev:"İran və Azərbaycan arasında ticarət dövriyyəsi 74% artıb"

“Bitməkdə olan hicri-şəmsi 1397-ci il İran-Azərbaycan əlaqələri üçün parlaq dövr olub”.

Strateq.az İRİB-ə istinadla xəbər verir ki, bunu İranın maliyyə və iqtisadiyyat naziri Fərhad Dejpəsənd bildirib.

Azərbaycanlı vəzifədaşı ilə görüşdən sonra jurnalistlərə açıqlamasında nazir Dejpəsənd deyib ki, iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşdə iki ölkə arasındakı əlaqələrin mövcud vəziyyəti və inkişafı müzakirə edilib.

Fərhad Dejpəsənd  Azərbaycanlı görüşün nəticələrini müsbət qiymətləndirib.

İran-Azərbaycan əlaqələrində yeni bir mərhələnin açıldığını söyləyən iranlı nazir bidirib: “İki ölkə arasında maliyyə-pul sahəsində əlaqələrin səviyyəsini yüksəltmək üçün araşdırılan sfera geniş müzakirə edilib”.

Maliyyə və iqtisadiyyat nazirinin sözlərinə görə, hazırda Azərbaycan tərəfindən öyrənilmiş və bəyənilmiş bir sıra layihələr var.

Fərhad Dejpəsənd müzakirə olunan məsələlər arasında ikitərəfli sığorta müqaviləsinin də olduğunu dilə gətirib.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev İran və Azərbaycan arasında ticarət dövriyyəsinin 74% artdığını və hazırda 450 mln. dollar səviyyəsində olduğunu açıqlayıb.

Şahin Mustafayev bildirib ki, son beş ildə İran və Azərbaycan prezidentləri 12 dəfə görüşüblər və bu, iki ölkə dövlət başçılarının güclü siyasi iradəsini əks etdirir.

İqtisadiyyat nazirinin sözlərinə görə, 14-15 mart tarixlərində Bakıda birgə komissiyanın iclası keçirləcək və toplantıda bir sıra mühüm məsələlər müzakirə olunacaq.

İran və Azərbaycan Respublikası arasında əlaqələrin mövcud potensialını vurğulayan Azərbaycanın iqtisadiyyat naziri sözünün davamında deyib: “İki ölkə arasında uğurlu layihələr həyata keçirilir. Azərbaycanda avtomobil zavodunun inşası hazırda fəaliyyət göstərən həmin layihələrdən biridir. Biz bunu müsbət qiymətləndiririk”.

Ş. Mustafayev bildirib ki, Azərbaycanda İran şirkətlərinin mövcudluğu təmin edilib: “Hazırda Azərbaycanda mindən çox İran şirkəti fəaliyyətə göstərir”.

Nazir Şimal-Cənub Nəqliyyat Dəhlizinin zəruriliyini vurğulayıb: “Mən Rəşt-Qəzvin dəmiryol xəttinin açılış mərasimində iştirak etməkdən çox məmnunam”.

Nazir layihə çərçivəsində Astara-Rəşt dəmir yol xəttinin tamamlanması üçün birgə komissiya yaradılacağını bəyan edib.

“İki ölkə arasında neft-qaz, energetika, səhiyyə, gömrük və sərhəd məsələlərində davamlı əməkdaşlıq mövcuddur və biz bu laqlərin keçmişlə müqayisədə daha çox inkişaf edəcəyinə ümid edirik”, – deyə sonda iqtisadiyyat naziri Ş. Mustafayev bildirib.