XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2019 - 12:19

Vüsal Qasımlı:"Rubl və avroda problemli kreditləri olanlar da kompensasiya ala biləcək"

Azərbaycan Prezidenti İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanı həm də rubl və avroda olan borcları əhatə edir.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Facebook” sosial şəbəkəsində canlı yayım zamanı deyib.

İcraçı direktor qeyd edib ki, avro və rublda olan kreditlər Mərkəzi Bankın 2015-ci il 21 fevral və 21 dekabr tarixlərinə olan məzənnə ilə dollara konvertasiya ediləcək. Təzminat kreditin götürüldüyü valyutadan asılı olmayaraq manatla veriləcək.