XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 14:58

Həsən Ruhani:"Qonşu ölkələrlə dostluq münasibətləri İranla ticarətə təşviq edəcək"

“Bizim Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanla yaxşı əlaqələrimiz var. Qonşu ölkələrlə dostluq münasibətləri İranla ticarətə təşviq edəcək”.

Strateq.az İSNA-ya istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildirib.

Bu gün ölkənin Xəzər sahili bölgəsindəki Rəşt şəhərində Rəşt-Qəzvin dəmir yolu xəttinin açılışında çıxış edən H. Ruhani Şimal-Cənib Nəqliyyat Dəhlizinə aid bu layihənin 1.850 milyon tümənə başa gəldiyini diqqətə çatdırıb.

“Dəmir yolunun Rəşt bölməsi Astara ilə birləşir. Bundan başqa, o, Xəzər dənizi sahillərindəki limanlara çıxışı təmin edir. Planlaşdırma və Büdcə İdarəsi, habelə Avtomobil Yolları Nazirliyinə bu baxımdan bütün lazımi tədbirləri görməyi tapşırıram”.