XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 15:26

Cavid Qurbanov:“Qəzvin-Rəşt dəmir yolunun Astara-Astara xəttinə birləşəcəyinə inanırıq”

“Qəzvin-Rəşt dəmir yolunun Astara-Astara beynəlxalq dəmir yolu xəttinə birləşəcəyi fikrində çox nikbinik”.

Strateq.az xəbər verir ki, ONA-nın Tehran bürosunun məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün İranın Astara şəhərində jurnalistlərə açıqlamasında deyib.

C. Qurbanov bildirib ki, Azərbaycan və İranın regionda çox üstün coğrafi mövqeyi olmasını nəzərə alaraq, hər iki ölkənin prezidentləri Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsinin zəruriliyini vurğulayır.

Azərbaycan və İran arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən C.Qurbanov iki qonşu ölkə arasında iqtisadi, ticari və mədəni əlaqələrin daha da inkişaf etdiriləcəyini vurğulayıb: “Şimal-Cənub dəhlizi çərçivəsində dəmir yolu layihəsinin təkmilləşdirilməsi əlaqələrimizin inkişafına təkan verəcək”.

O qeyd edib ki, Astara-Astara yük terminalında ötən ildən indiyədək 270 min ton məhsul yüklənib və boşaldılıb.