XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Mart 2019 - 12:36

Rusiyada ən çox harada araq içirlər? –“Sərxoş regionların” adları açıqlanıb

Rusiyada ən çox alkoqol qəbul edən regionların adı məlum olub.

Strateq.az “İzvestiya”ya istinadən bildirir ki, 2018-ci ildə ən çox spirtli içki içilən yer Maqadan, Saxalin,  Moskva vilayəti, Nen muxtar dairəsi və Kareliya olub. Bu rəqəmlər Federal və regional alkoqol bazarı üzrə tədqiqat Mərkəzinin məlumatlarından götürülüb.  Adıçəkilən regionlarda adambaşına düşən alkoqol satışı daha çox olub. Hər adama ildə 25 litr düşüb. Bununla yanaşı Rusiyada spirtli içki içənlərin sayı 8,3 faiz artaraq adambaşına 14,3 litrə qalxıb. Bu məlumatlar leqal satılan alkoqol bazarının əks etdirir.

Analitiklər araq, konyak, likör, şərab və yüngül alkoqol məhsullarının satışını nəzərə alaraq məlumatı hazırlayıblar. Pivə və digər pivə məhsulları bura daxil edilməyib. Nəticədə 2018-ci ildə Rusiyada leqal içilən alkoqol məhsullarının orta göstəricisi adambaşına 14,3 litr olub.