XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

08 Mart 2019 - 10:41

Azərbaycan nefti ucuzlaşır –QİYMƏTLƏR

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 6-da 66,98 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,18 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 66,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,15 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,58 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,13 dollar/barel azdır. Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 64,27 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.