XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2019 - 16:14

Azərbaycan ötən il Gürcüstana 240 milyon dollar sərmayə yatırıb –Hesabat

Azərbaycan “Gürcüstanın bir nömrəli investoru” adını 2018-ci ildə də qoruyub saxlayıb. Belə ki, Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 240 milyon ABŞ dolları investisiya yatırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesabatında deyilir. Bildirilir ki, Gürcüstan iqtisadiyyatına yatırılmış investisiyalarda Azərbaycanın payı 19,5 faiz olub. Bu 2017-ci illə müqayisədə 1,9 dəfə az olsa da Azərbaycan liderliyini qoruyub saxlayıb.

Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələr sırasında Böyük Britaniya 203,7 milyon dollarla ikinci, Niderland isə 167,9 milyon dollarla üçüncü yerdədir. Ümumilikdə keçən il Gürcüstanda xarici investisiyaların ümumi məbləği 1 milyard 232,4 milyon dollar təşkil edib. Bu da bu da illik müqayisədə 34,9 faiz azdır. Azalmanın əsas səbəbləri kimi boru kəməri layihəsinin başa çatması, bəzi şirkətlərdə mülkiyyət hüququnun qeyri-rezidentdən rezidentə transferi və qeyri-rezident birbaşa investorların öhdəliklərinin azalması göstərilir.

Hesabat ilində Gürcüstanda ən çox sərmayə maliyyə sektoruna (279,9 milyon dollar), nəqliyyat (209,9 milyon dollar)və energetika (157,2 milyon dollar) sektorlarına yatırılıb.