XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Mart 2019 - 20:35

Beynəlxalq Enerji Agentliyi:"Qarşıdakı dövrdə qlobal neft sənayesində qeyri-adi dəyişikliklər ola bilər"

2019-2024-cü illərdə qlobal neft tələbatı 7,1 milyon barrel artaraq gündəlik 106,4 milyon barrelə çatacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb. Bildirilir ki, ABŞ, Braziliya, Kanada və Norveçdə neft hasilatı artacaq. 2019-2024-cü illərdə qlobal neft tədarükünün artımında ən çox paya ABŞ, Braziliya, İraq, Norveç və Birləşmiş Ərəb Əmirliklərinin sahib olacağı gözlənilir.

Qlobal miqyasda neft təlabatının artmasında Asiyadakı iqtisadi inkişaf və ABŞ-ın neft-kimya sənayesi təsirli olacaq. Digər tərəfdən, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft istehsalının 2024-ci ilədək gündəlik 380 min barrel azalacağı proqnozlaşdırılır.

IEA-nın baş icraçı direktoru Fatih Birol deyib: “Qarşıdakı dövrdə qlobal neft sənayesində qeyri-adi dəyişikliklər ola bilər və həmin 5 illik dövrdə ABŞ dünya neft bazarına öz təsirini göstərəcək”.