XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2019 - 17:25

Gürcüstanın Azərbaycana borcu azalıb –Statistika

Bu il fevralın 28-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan borcu 7,435 milyon dollar təşkil edib.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.

Yanvar ayı ilə müqayisədə qonşu ölkənin Azərbaycana olan borcu 384min dollar azalıb.

Ötən ay Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 18,549milyon dollar azalaraq 5 448,11 milyon dollar təşkil edib. Bu məbləğin 5 280,353 milyon dolları hökumətin payına düşür.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (323, 732 milyon dollar), Fransa (252,478milyon dollar) və Yaponiya (213,345 milyon dollar) daxildir.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə azalaraq müvafiq olaraq 14,273 milyon dollara, 58,773 milyon dollara və 8,305 milyon dollara düşüb/Report.