XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 10:18

Rövnəq Abdullayev: ““Total” yaxşı satış etsəydi, bu bazardan çıxmazdı”

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev SOCAR-ın Türkiyədə fəaliyyət göstərən “Total” yanacaqdoldurma məntəqələrini alması məsələsinə münasibət bildirib.

Strateq.az “APA-Ecoonomics”ə istinadən xəbər verir ki, R.Abdullayev bu barədə məlumatı mətbuatdan oxuduğunu bildirib: “Bu məsələyə baxılacaq. Amma bu məsələyə hələ marağımız yoxdur. Bizim üçün birinci növbədə Türkiyədə inşası həyata keçirilən zavod maraqlıdır. Orada da biz yanacağın topdan satışını həyata keçirəcəyik”.

R. Abdullayev deyib ki, onlar Türkiyənin pərakəndə satış bazarını öyrənirlər: “Əsası marjanın öyrənilməsidir. “Total” yaxşı satış etsəydi, bu bazardan çıxmazdı”