XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 March 2019 - 11:41

Qubad İbadoğlu:"DSK 118 min yeni iş yerinin açılmadığını təsdiq etdi"

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu Dövlət Statistika Komitəsinin yeni iş yerlərinin yaranması barədə rəsmilərin dediklərini inkar etdiyini bildirir. 

“Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı son məlumatdan bəlli olur ki, cari ilin yanvar ayında əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 82,3 milyon manat az olub. Bu azalma 2018-ci ildə Azərbaycanda 118 min daimi iş yerlərinin yaradılması ilə bağlı açıqlamaların əsassız olduğunu təsdiq edir”-deyə iqtisadçı vurğulayıb.

Onun sözlərinə görə, iqtisadi göstəricilər arasında asılığa görə, yeni iş yerlərin açılması əhalinin gəlirlərinin artımını təmin etməlidir: “Çünki iş yerlərində ödənilən əmək haqları əhalinin başlıca gəlir mənbəyidir, bu halda iş yerləri artıqca əhalinin nöminal gəlirləri də artmalıdır. Yaxud, o da mümkündür ki, ötən il bağlanan iş yerlərinin sayı açılanlardan çox olub”.

Strateq.az