XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

18 Mart 2019 - 18:41

“Moody’s” agentliyi:"Bankların kredit qabiliyyətliliyi korporativ idarəetmənin zəifliyindən ziyan görür"

MDB banklarına ən çox mənfi təsir göstərən amil aşağı keyfiyyətli koorporativ idarəetmədir. MDB banklarının kredit qabiliyyətliliyi korporativ idarəetmənin zəifliyindən ziyan görür.

Strateq.az ONA-ya istinadən xəbər verir ki, bu barədə “Moody’s” agentliyinin təhlilində bildirilir.

Təhlildə qeyd olunub ki, dələduzluq əməliyyatları və aşağı səviyyəli menecment MDB-də bir neçə bankın bağlanmasına səbəb olub.

Ümumilikdə, MDB banklarında keyfiyyətli idarəetmə digər regionlarda olan bankların idarə olunmasından zəifdir. Bu da bankların kredit verməsinə mənfi təsir edir. Biznesin əsas səhmdardan asılı olması korporativ idarəetmənin zəif olmasından xəbər verir və biznesin kreditləşməsini ləngidir.

Qeyd edək ki, Azərbaycanda 2014-cü ildə 45 bank, 2018-ci ildə isə 30 bank fəaliyyət göstərib. Bu göstəriciyə görə Azərbaycan MDB məkanında Rusiya və Ukraynadan sonra üçüncü yerdədir.