XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

20 Mart 2019 - 10:25

Əhalinin banklardakı pulları 8 milyard manatı keçib- Əmanətlərin 62,5 faizi xarici valyutada qoyulub

2019-cu il fevral ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 8 milyard 075,9 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, əmanətlərin 62,5 faizi xarici, 37,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 19,7 faiz, xarici valyutada əmanətlər isə 1,6 faiz artıb.

2019-cu il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 12 milyard 884,7 milyon manat təşkil edib, onun 10 milyard 302,4 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 12,2 faizini təşkil edib.