XƏBƏR LENTİ

24 Fevral 2020

Digər Xəbərlər

22 Mart 2019 - 21:13

İran Azərbaycanında bayram –Bahalıq və boş ciblər 

Təbriz və Urmiyə kimi şəhərlərdə fəaliyyət göstərən yerli media builki Novruz bayramının bahalıq üzündən keçmiş illərə görə olduqca səssiz və həyəcansız keçdiyini yazırlar.

Strateq.az “Amerikanın Səsi”nə istinadən bildirir ki, keçən bir neçə ay ərzində xüsusilə Təbriz, Urmiyə, Zəncan, Ərdəbil, Həmədan, Xoy və Marağa kimi böyük şəhərlərdə geyim, ərzaq, meyvə-tərəvəz və çərəz qiymətlərində neçə qat artım görünməkdədir. Qərbi Azərbaycan vilayətində fəaliyyət göstərən internet portalı “Barış News” Urmiyənin qədim bazarı və mağazaların yerləşdiyi küçələrdə keçmiş bayramlardakı izdiham və coşqudan heç bir xəbər olmadığını qeyd edib. “Urmiyə şəhərinin küçələri və qədim bazarı bir müddət öncəyə qədər alış-verişə gələn əhali ilə dolu olurdu. Amma son aylar qiymətlərin iki qat və hətta üç qat artması əhalini qəribə bir şoka salıb,” “Barış News”un xəbərində dərc edilib.

Saytda yazılanlara görə, “qiymətlər artır, amma keyfiyyət düşür. Ailələrinin bayram ehtiyaclarını almaqda aciz olan əhalidən əlavə, satıcıların da vəziyyəti heç yaxşı deyil. Bayram günlərində bir az daha artıq qazanıb keçən ayların zərərini qarşılaya biləcəklərini ümid edən satıcılar xəyal qırıqlağına uğrayıb.”

Qərbi Azərbaycanın mərkəzi Urmiyə ənənəvi olaraq İranın ən hərəkətli geyim bazarına sahib olan şəhərlərdən biridir. Lakin Tasnim agentliyinin yazdığına görə, Urmiyənin geyim bazarı bahalıq səbəbilə təqribən böş görünür. İRNA agentliyi isə Təbriz çərəz bazarının oxşar vəziyyətdə olduğunu bildirib. Agentlik xəbərində Təbriz sakini bir təqaüdçü vətəndaşın sözlərinə yer verib. “Məətini təqaüdçü maaşı ilə təmin edən biri bayram çərəzini satın almaq üçün maaşının yarısını xərcləmədir. Bu mümkün deyil,” -İRNA-ya danışan vətəndaş söyləyib.