XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

22 Mart 2019 - 23:04

İki ayda Azərbaycana 9 milyon dollar dəyərində içki idxal edilib –Dövlət Gömrük Komitəsi

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 4 096,56 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 483,75 min dollar və yaxud 2,5 dəfə çoxdur.

Bu ilin iki ayında içki ixracı ümumi ixracın 0,13%-ni təşkil edib. Hesabat dövründə Azərbaycana idxal edilmiş alkoqollu və alkoqolsuz içkilər, sirkənin dəyəri isə 9 955,19 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 2 198,18 min dollar və yaxud 28,34% çoxdur. Qeyd edək ki, Azərbaycanın 2 aylıq ticarət dövriyyəsinin 3,152 mlrd. dolları ixracın, 2,166 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 42,6%, idxal isə 49,2% artıb. (Report)