XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

24 Mart 2019 - 11:51

Türkiyənin kənd təsərrüfatı və meşə naziri:”25 ildən sonra ölkəmizin ərzağa olan ehtiyacı 50 faiz artacaq”

”25 ildən sonra Türkiyənin ərzağa olan ehtiyacı 50% artacaq”.

Strateq.az Turan-a istinadən bildirir ki, bu sözləri Uludağ İqtisadiyyat Zirvə toplantısında çıxış edən Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli deyib. Kənd təsərrüfatına dair məsələlərin gündəlik tənqid mövzusu olmaqdan çıxarılmasının lüzumundan danışan nazir Pakdemirli “Bu gün ana müxalifət lideri Kılıçdaroğlu yenə saman idxalatı məsələsini gündəliyə gətirib. Türkiyənin ildə 66 milyon ton saman ehtiyacı var. 30 min ton saman idxalatı olub. Rəqəmlərə baxaraq, tənqid etmək lazımdır”– deyib.

Nazir Pakdemirli kənd təsərrüfatını inkişaf etdirmək üçün ehtiyac hiss etdikləri ən mühüm sahənin- öz işini bilən və kəndlini sevən QHT-lər olduğunu bildirib. “Türkiyədəki 14200 kənd təsərrüfatı kooperativi və birliyinin heç biri dünyada ilk 200-cü sırada deyil. Bu sahədə ciddi ixtisarlara və islahatlara ehtiyacımız var. Minlərlə aqronom mənim yanıma gəlib iş istəyir. Onlara deyirəm ki, gedin, özəl sektorda çalışın, özünüzə şirkətlər yaradın. İflas etməkdən qorxmayın, biz özəl sektora dəstəyimizi davam etdirəcəyik”- deyə sözlərini davam etdirən kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli ölkənin kənd təsərrüfatına münasib ərazilərini zonalara bölərək təşviq kreditləri verəcəklərini vurğulayıb. Bekir Pakdemirli Türkiyədəki ət istehsalının son 15 ildə 400 min tondan 1.1 milyon tona çıxarıldığını sözlərinə əlavə edib.

Bekir Pakdemirli 2018-ci ilin iyulunda kənd təsərrüfatı və meşə naziri vəzifəsinə təyin edilib. 24 iyun 2018-ci ildə keçirilən seçkidən sonra Türkiyədə parlamentar idarə sistemi tarixə qarışıb, prezident üsul-idarəsinə keçilib. Parlamentar sistemdən fərqli olaraq, prezident üsul-idarəsində nazirlər parlamentdən təyin edilmir.