“Sərnişin və yük daşıma həcmini Azərbaycanla birgə artırmalıyıq”
Bu sözləri Turan-a açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömer Fatih Sayan deyib. Agentliyin “Qars-Tiflis-Bakı dəmiryolunda layihə həcminə nə vaxt çatmaq mümkün olacaq?”- sualının cavabında nazir müavini Sayan deyib ki, xəttin işə düşməsindən sonra əsas məqsəd olaraq sərnişin və yük daşıma həcminin artırılmasına çalışırlar: “Bilirsiniz ki, Qars-Tiflis-Bakı dəmiryolu xətti “İpək yolu”nun bir hissəsidir. Ona görə bir an əvvəl işləri tamamlayıb həcmi artırmağımız lazmıdır. İnşallah, artırmağa davam edəcəyik”- deyə Mehmet Fatih Sayan əsas hədəflərini açıqlayıb.
“Sərnişin və yük daşıma sahəsindəki həcmi artırmaq üçün nələr edirsiniz?”- sualına isə nazir müavini Sayan “Bu, iki ölkənin birgə atacağı addımlara bağlıdır. Hər iki tərəfdə bunun üçün çalışırıq. İnşallah,məqsədimizə nail olacağıq”– deyə cavab verib.
Azərbaycan, Türkiyə və Gürcüstanın müştərək investisiyası olan Qars-Tiflis-Bakı dəmiryolu 30 oktyabr 2017-ci ildə açılıb.