XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

28 Fevral 2016 - 00:02

“Fitch” agentliyi Azərbaycanın kredit reytinqini aşağı saldı:“Böhran xətti”

 

Fitch-Ratings

 

 

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib. Reytinqin dəyişilməsi ilə bağlı proqnoz "mənfi"dir.

 

Strateq.az bidirir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.  “Neftin aşağı qiyməti ölkənin maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirib”, – deyə reytinq agentliyinin analitikləri bildiriblər.

 

Bloomberg bildirib ki, belə böhran təkcə Azərbaycan deyil, bütün neft ölkələri üçün xarakterikdir.

 

Xatırladaq ki, yanvarın sonunda "Standard & Poor`s" ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib.