XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

27 Mart 2019 - 11:17

İki ayda 6,3 milyon ton neft və 6 milyard kubmetr  qaz çıxarılıb –Statistika Komitəsi

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 6 milyon 371,9 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 5 milyard 952,8 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 3 milyard 907 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC- a bildirilib ki, iki ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 5,4 milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 3,1 faiz çoxalıb.

Ölkədə neft istehsalı əvvəlki ilin müvafiq dövrünün səviyyəsində qalıb, qaz hasilatı isə 34,3 faiz artıb.