XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

28 Fevral 2016 - 16:24

Azərbaycan qazı Avropaya2020-ci ildə çatacaq

14566597572948462338_554x360

 

“Cənub Qaz Dəhlizi” layihəsi uğurla həyata keçirilir və Azərbaycan qazı 2020-ci ildə Avropa İttifaqına (Aİ) çatdırılacaq.

 

Fins.az-ın məlumatına görə, Avropa İttifaqının mətbuat orqanı olan “New Europe” qəzetinə bu sözləri Avropa Komissiyasının energetika üzrə xüsusi nümayəndəsi deyib. Xəbərdə xüsusi nümayəndənin adı qeyd edilməyib.

 

Xüsusi nümayəndə bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Aİ-nin Rusiyaya olan asılılığını azaldaraq Xəzər qazının qitəyə nəqlini nəzərdə tutur: “Bölgə üçün “Cənub Qaz Dəhlizi”nin, eləcə də Trans-Anadolu qaz boru kəməri (TANAP), Yunanıstan və İtaliya arasında “Trans-Adriatik” (TAP) qaz boru kəməri və Yunanıstan-Bolqarıstan dövlətlərarası konnektoru (Interconnector-Greece-Bulgaria (IGB) layihələrinin başa çatması bilavasitə prioritet olaraq qalır. “Cənub Qaz Dəhlizi” gələcəkdə digər Şərqi Aralıq dənizi ölkələrindən, eləcə də Xəzər dənizi regionu və Yaxın Şərq ölkələrindən Aİ-yə qaz tədarükü məsələsində kömək edə biləcək.

 

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir.