XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

28 Fevral 2016 - 20:25

İllik gəlirlərini ən çox ərzağa xərcləyən ölkə –Azərbaycan

qubad

 

“ABŞ-ın Vaşinqton Dövlət Universitetinin apardığı tədqiqata görə Azərbaycan əhalisi illik gəlirlərinin 48,5 faizini yanız ərzağa xərcləyib”. Bu barədə Duke (ABŞ) universitetinin professoru. iqtisadçı-alim Qubad İbadoğlu sosial şəbəkədəki səhifəsində yazıb. Musavat.com professorun statusunu oxucularına təqdim edir:

“ABŞ-ın Pullman şəhərində yerləşən Vaşinqton Dövlət Universitetinin dünya ölkələri üzrə əhatə edən tədqiqatarı Universitetin eyni adlı jurnalında dərc olunub. Jurnalın məlumatına görə, dünyada ərzağa ən az pul xərcləyən ilk onluğa ABŞ (6,8 faiz), İrlandiya (7,1 faiz), Sinqapur (8,1 faiz), Böyük Britaniya (8,9 faiz), Kanada (9,1 faiz), Almaniya, Hollandiya, və Danimarka (11,4 faiz), İsçevrədə (11,6 faiz) və Finlandiya (12,1 faiz) daxildir. Dünya üzrə illik gəlirlərini ərzağa ən çox xərcləyən ölkə isə Azərbaycandır.

Azərbaycanın başçılıq etdiyi siyahıya Pakistan (45,4 faiz), Kenya (44,9 faiz), İndoneziya (44,1 faiz), Belarus (44 faiz), Əlcəzair (43,8 faiz), Gürcüstan (42,3 faiz), Mərakeş (40,3 faiz), Nigeriya (40,1 faiz), Vyetnam (38,5 faiz) daxildir.

Bizim üçün maraq kəsb edən ölkələr üzrə isə vəziyyət belədir: Ukrayna (42,2 faiz), Qazaxistan (34,5 faiz), Rusiya (29, 4 faiz), Türkiyə (24,5 faiz). Əhalisinin sayı çox olan Çində bu göstərici 33, 9 faiz, Hindistanda isə 25,8 faiz qeydə alınıb.

İzahat üçün qeyd edim ki, illik gəlirlərinin ərzağa daha çox xərclənməsi üç halda daha çox artır, birincisi, gəlirlərin səviyyəsi aşağı, ikincisi ərzaq qiymətləri baha olanda, nəhayət, üçüncüsü də hər iki hal qeydə alınanda. Azərbaycan 3-cü qrupa aid olunur. Belə ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 466,4 manat və ya 291,5 dollar təşkil edib.

 

2016-cı ilin yanvar ayında 2015-ci ilin yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,3 faiz artıb. Nəzərə alsaq ki, bu tədqiqat dövrü Azərbaycanda həyat səviyyəsinin yüksək olduğu illəri əhatə edir, o halda belə bir qənaətə gəlmək olar ki, devalvasiyadan sonra sosial durumun çətinləşməsi nəticəsndə ailə büdcəsində ərzağa yönələn xərclərin artımı Azərbaycanın mövqeyini daha da pisləşdirib. Hazırda həm gəlirlərin dəyərsizləşməsi, həm də iş yerlərinin kütləvi bağlanması, eləcə də xüsusilə də ərzaq mallarının sürətlə bahalaşması əhalinin ailə büdcəsinin strukturunu əhəmiyyətli dərəcədə dəyişdirib.

 

Belə ki, hazırda əhalinin böyük əksəriyyəti iri alışları (maşın, mülk, torpaq və s.) ixtisara salır və cari xərclərini ödəməyə üstünlük verir. Bu da getcikdə ailə büdcəsində ərzaq xərclərinin xüsusi çəkisini artırır, təhsilin, səhiyyənin, avtomobil və məişət texnikasının payını isə azaldır.

 

Eyni zamanda yığıma yönələn vəsaitlər də aşağı düşür. Çünki  bankda yığımı və ya evdə ehtiyatı olanlar onun bir hissəsini cari xərclərə, o sıradan da ərzağa yönəldirlər. Bütün bunların nəticəsi olaraq, ölkədə yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin sayı artır. Müqayisə üçün qeyd edim ki, ABŞ-da gəlirlərinin 35 faizini ərzağa yönəldən əhali avtomatik olaraq yoxsul hesab olunur və belə olanda da onun ərzaq, səhiyyə, təhsil və digər sosial xərclərini dövlət ödəyir”.