XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

04 Aprel 2019 - 14:36

“Sahibkarlara ödənişlər “Kapital Bank ” və “Azər-Türk Bank” vasitəsilə həyata keçiriləcək” –Nazir açıqladı

“Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın zamanı zərərçəkmiş sahibkarlardan bu gündən sənəd qəbuluna başlanılıb”. 

Bunu jurnalistlərə Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, sahibkarlara ödənişlər “Kapital Bank ” və “Azər-Türk Bank” vasitəsilə həyata keçiriləcək.

Nazir deyib ki, sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar kompensasiyadan xidmət haqqı tutmayacaqlar.

Ş.Mustafayev əlavə edib ki, 20 sahibkar onlara təklif edilmiş ticarət mərkəzlərində yerləşdirilib.

“Bu günə olan məlumata görə, 100-dən çox sahibkar kredit almaq üçün müraciət edib və 14 -15 mln. manat məbləğində kreditin ödənilməsi ilə bağlı tələb ortaya çıxıb. Biz bu tələbi qarşılamağa hazırıq. Sahibkarların İnkişaf Fondunda vəsait var. İlkin olaraq 3 mln. manat ayrılıb. Hökumətdə yaradılmış komissiya tərəfindən ziyanın məbləği tam bəlli olduqdan sonra sahibkarlara dəyən ziyan tam ödəniləcək”, – nazir vurğulayıb/Report.