XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

04 Aprel 2019 - 15:36

3 ay ərzində ixrac, idxal və tranzit üzrə 34 icazə verilib –Energetika Nazirliyi tərəfindən

Energetika Nazirliyi tərəfindən 2019-cu ilin I rübü üzrə ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 34 icazə verilib.

Bu barədə nazirlikdən Strateq.az-a verilən məlumata görə, icazələrdən 25-i ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixrac nəzarətinə düşən malların ixracı, 8-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub: “Rüb ərzində verilmiş icazələrin 32-si 5 saylı “ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib”.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən hazırda 3 növ icazənin “ASAN Xidmət” mərkəzi vasitəsilə verilməsi həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.