XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

04 Aprel 2019 - 22:40

“Unibank”la saziş qüvvədən düşdü –"AXA" sığorta qrupu Azərbaycanı tərk etdi

Fransanın “AXA” sığorta qrupunun Azərbaycandakı törəməsi “AXA Mbask” Sığorta Şirkəti ASC-nin yerli iş adam, “Unibank” ASC-nin Müşahidə Şurasının üzvü Elxan Qəribliyə satılması ilə bağlı 21 may 2018-ci il tarixində imzalanmış niyyət sazişi qüvvədən düşüb.

Bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “AXA Mbask” yeni sığorta müqavilələrinin bağlanılmasını dayandırıb və bundan sonra Azərbaycandakı mövcud müştərilərinin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə, mümkün olan müddətdə ölkədəki fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcək/Report.