Bu gün İranın enerji birjasında satışa çıxarılan bir milyon barel neftə müştəri olmayıb.
Bunu İranın Milli Neft Şirkətinin enerji birjasındakı nümayəndəsi Əmir Hüseyn Tibyanian deyib.
Ə.Tibyanianın sözlərinə görə, bu gün neftə alıcı olmadığından gün ərzində növbəti satış üçün müddət uzadıla bilər.
Enerji birjasında artıq beşinci dəfədir ki, İran öz neftinə müştəri tapa bilmir/Trend.