XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

10 Aprel 2019 - 12:12

AİB Azərbaycanda bankların maliyyələşdirilməsini bərpa etməyi planlaşdırır- Açıqlama

Asiya İnkişaf Bankı (AİB) ilin sonuna qədər Azərbaycanın bank bazarında iştirakını genişləndirməyi planlaşdırır.

AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov “Report”a açıqlamasında bildirib ki, təmsil etdiyi bank Ticarət Maliyyələşdirmə Proqramı (TFFP) çərçivəsində bankı müəyyənləşdirməyi planlaşdırır.

“Azərbaycan bankları vasitəsilə ixrac-idxal əməliyyatlarını dəstəkləməyə hazırıq. İlin sonuna qədər, çox güman, müştərisinə dəstək verməli olan bir bankı müəyyənləşdirəcəyik” – N.Mannepbekov deyib.

O qeyd edib ki, bu proqram çərçivəsində bankların siyahısının genişləndirilməsi də istisna deyil.

Onun fikrincə, bu, AİB-in ticarətin maliyyələşdirilməsinə dair proqramında iştirak etmək üçün yerli bankların uyğun gəlməli olduğu kriteriyalardan asılıdır.

“Hələlik AİB-in digər bankların səhmdarlarının tərkibində iştirak etmək planı yoxdur”, – bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib.

Ümumiyyətlə, AİB TFFP-nin icrasına 2004-cü ildə başlayıb. AİB-in ticarətin maliyyələşdirilməsi proqramı ticarətin təşviqi üçün zəmanətlər və kreditlər verir, bu da bütün Asiya regionunda çox sayda şirkət və müəssisənin ixrac-idxal əməliyyatları aparmasına imkan verir.

Bu proqrama qoşulan ilk banklar 2006-cı ildə “AGBank” və “Bank Respublika” olub. AİB özəl sektorun inkişafına dəstək məqsədi ilə Azərbaycan banklarının aktiv maliyyələşdirilməsinə 2007-ci ildə başlayıb. Bu siyahı aşağıdakı banklardan ibarətdir: “Azərbaycan Beynəlxalq Bankı”, “Access Bank”, “AGBank”, “Bank of Baku”, “Bank Respublika”, “DəmirBank”. AİB bu banklarla kiçik və orta biznesin dəstəklənməsi və ticarətin təşviqi üçün kredit xətləri çərçivəsində əməkdaşlıq edib. 2013-cü ildən sonra AİB Azərbaycan banklarına kredit verməyib. Sonuncu kredit “Access Bank”a 5 il müddətinə 50 milyon ABŞ dolları məbləğində bankın mikro kreditlər verilməsi və Azərbaycanın kənd yerlərində, o cümlədən kənd təsərrüfatı müəssisələrində və fermerlərin kiçik və orta sahibkarlıq müəssisələrinə kredit ayırması üzrə fəaliyyətinə dəstək məqsədi ilə verilib.

AİB 2019-cu ildə ilk dəfə Azərbaycan bankının kapitalında iştirak payını alıb və “Access Bank”ın səhmlərinin 19,9%-nə sahibi olub.

“Hələlik AİB-in digər bankların səhmdarlarının tərkibində iştirak etmək planı yoxdur”, – bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib.

Xatırladaq ki, AAİB 1966-cı ildə yaradılıb və onun 67 üzvü var. Bankın qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Azərbaycan 1999-cu il dekabrın 22-də bankın üzvlüyünə qəbul edilib, ölkənin bankın kapitalındakı payı 0,5 faiz təşkil edir.