XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Aprel 2019 - 10:43

Birjalarda neft bahalaşır –Bakı nefti isə ucuzlaşıb (QİYMƏTLƏR)

Dünya birjalarında neftin qiyməti bahalaşır.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar artaraq 71,11 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar bahalaşaraq 63,84 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar ucuzlaşaraq 73,73 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.