XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 April 2019 - 16:32

Naxçıvanda ümumi daxili məhsul istehsalı 3,7 faiz artıb

Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 2019-cu ilin yanvar-fevral aylarında 352 milyon 560 min 600 manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricidən 3,7 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2019-cu ilin yanvar-fevral aylarında ümumi daxili məhsulun 51,8 faizi və ya 182 milyon 610 min manatı məhsul istehsalından, 45,4 faizi və ya 160 milyon 237 min 900 manatı göstərilən xidmətlərin dəyərindən, 2,8 faizi və ya 9 milyon 712 min 700 manatı isə məhsula və idxala xalis vergilərdən yaranıb.