XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

16 Aprel 2019 - 23:07

Putin Vahid Ələkbərovu qəbul etdi:"Portfelimiz kifayət qədər genişdir..."

Rusiya prezidenti Vladimir Putin Kremldə “LUKOIL” neft şirkətinin prezidenti Vahid Ələkbərovu qəbul edib.

Söhbət zamanı 2018-ci ildə neft-qaz yataqlarının işlənməsinin nəticələrinə toxunulub. V.Ələkbərovun sözlərinə görə, şirkət 2018-ci ili uğurla başa vurub, neft hasilatına qoyulan sərmayə təxminən 500 milyard rubl təşkil edib.

“Portfelimiz kifayət qədər genişdir. 32 ölkədə çalışırıq. 2-2,5 min metr dərinlikdə qazma işləri aparırıq, bu dərinlik Qərbi Afrikada, Xəzər dənizinin bəzi yerlərində 600 metrə çatır. Yəni biz mütəxəssislərimizin qazma işləri apardıqları dərinliklərin öhdəsindən gəlirik”, – V.Ələkbərov bildirib.

“Layfa”nın məlumatına görə, sahibkar həmçinin bildirib ki, şirkətin bütün müəssisələri modernləşmədən keçib və indi ekoloji cəhətdən ən yüksək sinifli Avro-5 benzini istehsal edirlər.

V.Ələkbərov əlavə edib ki, 2019-cu ildə qiymətlərin sabitliyi təmin ediləcək.

Virtualaz.org