Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, aprelin 16-da qızılın qiyməti aprelin 15-i ilə müqayisədə 7,6585 manat azalaraq 1 unsiya üçün 2184,313 manat təşkil edib.
Gümüş 0,0179 manat ucuzlaşaraq 1 unsiya üçün 25,4289 manata bərabər olub.
Platinin qiyməti 6,7915 manat azalaraq 1506,608 manat, palladiumun qiyməti isə 5,5165 manat azalaraq 2324,4695 manat təşkil edib.
Ad | 16.04.2019 | 15.04.2019 | |
Qızıl | XAU | 2184,313 | 2191,9715 |
Gümüş
|
XAG | 25,4289 | 25,4468 |
Platin | XPT | 1506,608 | 1513,3995 |
Palladium | XPD | 2324,4695 | 2329,986 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.