XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 May 2015 - 13:10

“Özəl sektor uzunmüddətli sərmayə qoyuluşuna cəlb olunmalıdır” – Samir Şərifov

2006-2015-ci illərdə Azərbaycanda infrastrukturun inkişaf etdirilməsinə 30 milyard ABŞ dolları məbləğində pul xərclənib. Strateq.az-ın məlumatına görə, bu açıqlama ilə maliyyə naziri Samir Şərifov çıxış edib. O, bu barədə Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində keçirilən seminarda danışıb.

Nazir deyib ki, sosial infrastrukturun qurulmasına dövlətin xərclədiyi hər 1 dollar ümumi daxili məhsulun artımına 5-20% həddində təsir etmək imkanındadır. Bununla belə, onun sözlərinə görə, dövlətin maliyyə ehtiyatları da tükənə bilər və uzunmüddətli sərmayə qoyuluşuna özəl sektor cəlb olunmalıdır: “Dövlət-özəl tərəfdaşlığı bunun yollarından biridir. Təbii ki, özəl investorlar azriskli layihələrə pul qoymaqda maraqlıdır. Hökumət elə bir münbit şərait yaratmalıdır ki, özəl sektorun kapitalını cəlb edə bilsin”.