XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2016 - 09:36

“Alfa Sığorta”nın rəhbərliyində ciddi dəyişiklik –Etibar Əliyevin oğluna vəzifə verildi

alfa-sigorta

 

"Alfa Sığorta" şirkətinin rəhbərliyində dəyişiklik baş verib.

"APA-Economics" xəbər verir ki, şirkətin Direktorlar Şurasının sədri Elşad Əliyev işdən çıxarılıb. Onu Kəramət Əliyev əvəzləyib.

Qeyd edək ki, Direktorlar Şurasının yeni sədri lisenziyası ləğv olunan "Texnikabank" ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyevin oğludur.

Direktorlar Şurasının üzvləri olan Ayaz Gərayzadə və Elşad Kərimov də də işdən çıxarılıb. Şuranın yeni üzvləri Nicat Axundov və Saleh İmaməliyevdir.

Şirkətin İdarə Heyətinin sədri Camal Əliyev vəzifəsini qoruyub. Onun müavini Zahir Salahov və İdarə Heyətinin üzvü Əli Qasımov isə tutduğu vəzifələrindən uzaqlaşdırılıblar.

Onu da qeyd edək ki, "Alfa Sığorta" "Texnikabank"ın törəməsidir.