XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2016 - 19:34

TQDK və nazirlikdə yoxlama –Palata qərar verdi

hesablama-palatasi

 

Hesablama Palatası Kollegiyasının növbəti iclasında 2015-ci il Iş planına uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, 2016-cı ilin İş planına uyğun olaraq isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi vəziyyəti ilə bağlı hesabatlar müzakirə olunub.

 

Strateq.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib:

 

"Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb".