XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2016 - 20:27

“Əmanətlərin 3 illik olsa da, tam sığortalanması…” –İqtisadçı yeni təkliflər səsləndirdi

samir eliyev-1

 

"Əmanətlərin tam sığortalanması və onların vergidən azad edilməsi düzgün addımdır".

 

Strateq.az xəbər verir ki, bu sözləri bu gün Prezident İlham Əliyevin əmanətlərin sığortalanmasıyla bağlı fərmanına münasibət bildirən tanınmış iqtisadçı Samir Əliyev deyib.

 

Onun sözlərinə görə, son aylar əhalinin banklara və milli valyutaya etibarının azalması ona gətirib çıxartdı ki, kütləvi şəkildə əmanətlər ya dollarlaşdı, ya da banklardan çıxarıldı:

 

"Vəziyyətin belə davam etməsi, üstəgəl, Maliyyə Nazirliyinin dövlətin adından çıxış edərək yüksək, az qala bank faizləri ilə rəqabət aparacaq faizlə istiqraz buraxması əmanət bazarının cəlbediciliyini azaltmaqla yanaşı, bank sektorunu çətin vəziyyətə salırdı. Ona görə də, indiki məqamda əmanətlərin 3 illik olsa da, tam sığortalanması düzgün addımdır. Əmanət faizlərinin də vergidən müvəqqəti azad edilməsi müsbət addımdır və 2015-ci ildə atılmış səhv addımın düzəldilməsi kimi qiymətləndirilməlidir".

 

Samir Əliyev bildirib ki, bu addımlar indiki problemi həll etməyə yönəlib, amma gələcəkdə əmanət bazarının inkişafı və bankların dayanıqlığına dəstək məqsədilə paralel bir sıra addımların atılması vacibdir: "Birincisi, manat və dollar əmanətlərinin (yeni yerləşdiriləcək) sığortalanma faizi fərqlənməlidir. Manat əmanətlərinin sığortalanma faizi 15%-ə qaldırılmalı, dollar (avro) əmanətlərinin sığortalanma faizi isə 8%-ə endirilməlidir.

 

İkincisi, Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarının illik faiz dərəcələri əmanətlərin faiz dərəcələrindən aşağı endirilməlidir.

 

Ücüncüsü, əmanət bazarında faiz artımının qarşısını almaq üçün yaxşı olardı sığorta haqlarının məbləği əmanətlərin illik faiz dərəcələrindən asılı edilməlidir. Yəni cəlb edilmiş əmanətlərin illik faiz dərəcələri artdıqca sığorta haqlarının məbləği də artırılmalıdır".