XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

30 Aprel 2019 - 10:00

Azərbaycanla Türkiyə arasında Bəyannamə imzalandı –Kənd təsərrüfatı ilə bağlı

İzmirdə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arasında Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası keçirilib.

Strateq.az KTN-ə istinadən xəbər verir ki, iclasda Azərbaycanı Kənd Təsərrüfatı naziri İnam Kərimov və Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli Azərbaycanda pambıqçılığın inkişafına dair Niyyət Bəyannaməsini imzalayıblar.

Həmçinin Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclasının Protokolu imzalanıb.

Daha sonra KİV nümayəndələrinə açıqlama verən nazirlər Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası ilə bağlı fikir və mülahizələrini bölüşüblər.