XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

30 Aprel 2019 - 13:23

Səudiyyəli nazir:"Böyük əksəriyyət OPEC+ formatını uzatmaq istəyir"

Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl Falih nazirlərlə dəfələrlə danışıqlar apardığını, çoxunun OPEC+ formatının müddətini uzatmağa tərəfdar çıxdığını qeyd edib.

Bunu nazir OPEC+ formatı iştirakçı ölkələırindən hər hansının sazişi tərk edib-etməyəcəyi barədə jurnalistlərin sualına cavab olaraq deyib.

OPEC və bu təşkilatın üzvü olmayan bir sıra neft istehsalçısı ölkələr neft hasilatını azaltmaqla bağlı 2017-ci ilin əvvəlindən qüvvədə olan sazişin müddəalarını ötən ilin sonunda modernləşdirmək qərarına gələrək, oktyabr ayının səviyyəsinə nisbətən gündəlik məcmu hasilatlarını 1,2 milyon barel azaltmaq barədə razılaşmışdı. Bu yeni şərtlər 2019-cu ilin birinci yarısı üçün razılaşdırılıb.