XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 May 2019 - 17:28

“Sığorta fəaliyyəti haqqında” qanuna əlavələr təsdiqləndi –Nələr dəyişdi?

Bu gün Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” Qanuna edilən dəyişiklikləri də təsdiq edib.

Strateq.az xəbər verir ki, bununla da “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1400-VQD nömrəli, 28 dekabr tarixli 1416-VQD və 1444-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilib:

1. 119.1.4-1-ci maddəyə “əmlakının” sözündən sonra “ipoteka və ya” sözləri və “kreditorların” sözündən sonra “bu Qanunun 119.3-cü maddəsinə uyğun olaraq ödənilməmiş” sözləri əlavə edilsin.

2. 119.3-cü maddə üzrə:

2.1. “əmlakının” sözündən sonra “ipoteka və ya” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ bu Qanunun 119.1.4-1-ci maddəsində müəyyən edilmiş növbəliliklə ödənilir.”.