XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

02 May 2019 - 23:57

“Azərbaycan Gürcüstanın ən böyük elektrik enerjisi təminatçısıdır”- Rəsmi

“Gürcüstanın ən böyük elektrik enerjisi təminatçısı Azərbaycandır!.

Bu barədə Gürcüstanın Elektrik Enerjisi üzrə Kommersiya Operatorunun (ESCO) məlumatında deyilir.

Bildirilir ki, ESCO cari ilin yanvar-aprel aylarında 612 milyon kilovat/saat elektrik enerjisi idxal edib. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz çoxdur.

Ötən il ESCO 504 milyon kilovat/saat enerji idxal etmişdi. Təkcə bu ilin aprelində Gürcüstan xaricdən 80 milyon kilovat/saat elektrik enerjisi alıb. Bu da keçən ilin müvafiq ayı ilə müqayisədə 11 milyon kilovat/saat çoxdur/Azərtac.