XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2016 - 11:05

Şahin Mustafayev Çin investorlarını çağırır

shahin_mustafayev_170214

 

İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasının ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinu qəbul edib

 

Strateq.az  İqtisadiyyat nazirliyinin  Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Azərbaycan-Çin iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparılıb.  Nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu bildirib, Çinlə sənaye, kimya, kənd təsərrüfatı, turizm, İKT və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

 

Qeyd edib ki, bundan başqa, Çin şirkətlərinin Azərbaycanda yaradılan Sumqayıt Kimya Sənaye Parkında fəaliyyəti üçün də geniş potensial mövcuddur.

 

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, Azərbaycan Prezidentinin ötən il Çinə səfəri çərçivəsində keçirilmiş görüşlərin və imzalanmış sənədlərin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb.

 

Səfir Xun Tsyuin iqtisadi əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb, görüşdə səsləndirilən təkliflərin potensial investorlara çatdırılacağını bildirib.

 

İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasının Kommersiya nazirini və iş adamlarını ölkəmizə səfərə dəvət edib.

 

Strateq.az