“2018-ci ildə BMT və Azərbaycanın icra etdiyi ortaq layihələrə 4 998 519 ABŞ dolları xərclənib”.
Bu vəsait “2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi” çərçivəsində birinci strateji sahə üzrə xərclənib.
Sənəd üzrə istiqamətləndirici komitənin iclasında çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, 3 strateji sahəni əhatə edən sənəd çərçivəsində ümumilikdə 71,9 mln. dollar ayrılması nəzərdə tutulub: “Bu vaxta qədər onun 68,2 mln. dolları, yaxud 95%-i xərclənib”. (Report)