XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 May 2019 - 23:34

Palata rəsmisi:"Komissiyadan narazı qalanlar məhkəməyə müraciət edə bilər"

“Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya Komissiyasının işindən narazı qalanlar məhkəməyə müraciət edə bilərlər”.

Bu sözləri AzTV-nin “Günün nəbzi” verilişinin efirində Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov bildirib.

“Amma onu da qeyd edim ki, Apelyasiya Komissiyası vətəndaşın kompensasiya ilə bağlı müraciətinə o halda “yox” cavabı verir ki, o, prezidentin məlum fərmanı ilə müəyyən edilmiş meyarlara uyğun olmasın”, – deyə palata rəsmisi qeyd edib/Report.