XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 May 2019 - 15:42

ABŞ Enerji İnformasiya Administrasiyası:"OPEC üzrə sutkalıq neft hasilatı azalacaq"

Cari ildə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə neft istehsalının sutkada 30,3 milyon barrel olacağı nəzərdə tutulur.

Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, gələn il üçün isə OPEC üzrə hasilatın gündəlik 29,8 milyon barrelə qədər azalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, martda OPEC-in neft istehsalı fevral ayı ilə müqayisədə 534 min barrel azalaraq sutkalıq 30 milyon 20 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 30,2 faizə düşüb.