XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

12 May 2019 - 15:22

Komissiya üzvü:"ABŞ İranın neft-kimya məhsulları satışını məhdudlaşdıra bilməz"

“Amerika Birləşmiş Ştatları İranın neft-kimya məhsullarının satışını məhdudlaşdıra bilməz”.

Bunu İran parlamentinin enerji komissiyasının üzvü Əbdülhəmid Xedri deyib.

Ə.Xedrinin sözlərinə görə, İranın neft-kimya məhsullarının dünyada çoxlu müştəriləri var.

Komissiya üzvü əlavə edib ki, İranın neft-kimya məhsullarını satın alan ölkələrə ABŞ-ın maliyyə təzyiqləri maneə ola bilməz. Çünki onların bu məhsullara ehtiyacı var və bir sıra məhsullar İrana məxsusdur: “ABŞ-ın təhdidini o qədər də effektiv və əhəmiyyətli hesab etmək olmaz. Əksinə, bu təhdidi də fürsətə çevirmək olar”.

Qeyd edək ki, ABŞ 2018-ci il may ayında Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını bəyan və 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib/Trend.